Premyer Liqada 60-cı legioner
08.08.2022 - 11:11
Misli Premyer Liqasının I turu Laurentsiu Regekampfın “Neftçi”nin baş məşqçisi kimi çempionatdakı debütü ilə əlamətdar olub.
Apasport.az saytının məlumatına görə. Şamaxıda eyniadlı komanda ilə görüş rumıniyalının Premyer Liqada ilk matçı kimi tarixə düşüb.
Regekampf Azərbaycan çempionatları tarixinə 60-cı legioner baş məşqçi kimi düşüb. O, Premyer Liqada 3-cü rumın mütəxəssisdir. Bunadək Mirça Rednik “Xəzər Lənkəran”da, Dorinel Muntyanu “Qəbələ”nin sükanı arxasında olub.
Qeyd edək ki, “Neftçi” “Şamaxı” ilə səfər matçında 1:0 hesablı qələbə qazanıb.
0
0