Premyer Liqanı Birinci Liqaya dəyişdi
16.01.2024 - 18:59
Premyer Liqanı Birinci Liqaya dəyişdi

"Araz-Naxçıvan" futbolçusu Bayraməli Qurbanovu icarəyə verib.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

21 yaşlı futbolçu mövsümün sonuna qədər Birinci Liqa klubu olan "Difai"nin formasını geyinəcək.

Qeyd edək ki, sağ cinah müdafiəçisi cari mövsümdə 9 oyuna çıxıb və 109 dəqiqə meydanda olub.

writer photo
Əlirza Əlirzalı
0