PSJ Mbappeyə qiymət qoydu
12.10.2022 - 14:36
PSJ Mbappeyə qiymət qoydu

PSJ futbolçusu Kilian Mbappeni satmaq variantını nəzərdən keçirir.

Apasport.az saytının məlumatına görə, Fransa klubu ulduz hücumçu üçün 400 milyon avro istəyir.

Bir neçə klubun maraq dairəsində olan futbolçu Paris təmsilçisinin vədlərinə əməl etməməsindən narazıdır. Bu üzdən də Mbappe komandadan ayrılmaq niyyətindədir.

Qeyd edək ki, Kilian cari mövsüm klubda keçirdiyi 13 matçda 12 qol vurub.
 

writer photo
Əlirza Əlirzalı
0