Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında qadın güləşçilərin mübarizəsinə start veriləcək.
Apasport.az xəbər verir ki, millimizin 2 üzvü ölkəmizi turnirdə təmsil edəcək.
Güləşçilərimizdən Mariya Stadniklə (50 kq) Alyona Kolesnik (59 kq) çempionatda mübarizə aparacaqlar. Digər 3 təmsilçimiz isə yarışa sabah qoşulacaqlar.
50 kq
Mariya Stadnik 1/4 finaldan mübarizəyə başlayacaq. Doqquzqat Avropa çempionumuz Emma Lutteno (Fransa) - Milana Dadaşova (AİN) cütünün qalibi ilə görüşəcək.
59 kq
Alyona Kolesnik də 1/4 finalda xalçaya çıxmayacaq. Avropa çempionatlarının üçqat bürünc mükafatçısının rəqibi Ramina Mamedova (Latviya) - Katerina Jidaçevska (Rumıniya) qarşılaşmasında müəyyənləşəcək.
Qeyd edək ki, bu gün yunan-Roma güləşində medal qarşılaşmaları da keçiriləcək. Azərbaycanın dörd təmsilçisi xalçaya çıxacaq.