Bu gün Azərbaycanın müstəqilliyini bərpa etməsindən 31 il keçir.
Apasport.az saytının məlumatına görə, buna təkcə Azərbaycan deyil, Türkiyə futbol ictimaiyyəti də biganə qalmayıb.
Qardaş ölkə təmsilçisi “Qalatasaray” sosial şəbəkələrdəki səhifələri vasitəsilə ölkəmizi təbrik edib. Türkiyə və Azərbaycan bayraqlarının birgə şəklinin paylaşıldığı postda “Dost və qardaş ölkə Azərbaycanın müstəqilliyinin bərpasının 31-ci ildönümünü təbrik edirik”, - yazılıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının Ali Soveti 1991-ci il oktyabrın 18-də keçirilən iclasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib. 1992-ci ildən 18 oktyabr Azərbaycanda Dövlət Müstəqilliyi Günü kimi bayram edilib. Milli Məclisin 2021-ci il oktyabrın 15-də qəbul etdiyi “Müstəqillik Günü haqqında” qanuna əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilib.