"Qarabağ" 13 pillə irəlilədi
09.04.2024 - 09:43
"Qarabağ" 13 pillə irəlilədi

Klubların dünya reytinqi açıqlanıb.

Apasport.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların reytinq siyahısını yeniləyib. Azərbaycan cədvəldə 3 komanda ilə təmsil olunub. 

13 pillə irəliləyən "Qarabağ" (176,5 xal) 48-cı sırada yer alıb. Bir mövqe irəliləyən "Neftçi" (62 xal) 377-ci, 4 sıra addımlayan "Sabah" (58,75 xal) isə 413-cüdür.

Qeyd edək ki, dünya reytinqinə “Mançester Siti” (401 xal) liderlik edir. 

writer photo
Əlirza Əlirzalı
0