Avrokubokların qrup mərhələsində V tur başa çatıb.
Apasport.az saytının məlumatına görə, bu matçlardan sonra UEFA-nın klub reytinqi açıqlanıb.
Azərbaycan “Top-100”də yalnız bir komanda ilə təmsil olunub. Bu, son ölkə çempionu “Qarabağ”dır.
Avropa Liqasında “Nant”a 1:2 hesabı ilə uduzan Qurban Qurbanovun yetirmələri xal hesabını artıra bilməyib. 24,000 xala malik Ağdam klubu 65-ci yerə şərikdir. Təmsilçimiz “Molde” və Təl-Əviv “Makkabi” ilə eyni mövqeyini bölüşür. “Qarabağ” ötən həftə ilə müqayisədə 2 pillə geriləyib.
Qeyd edək ki, cədvələ 129,000 xala malik “Mançester Siti” başçılıq edir.