DÇ-2026-nın Cənubi Amerika zonası üzrə seçmə mərhələsi ilklə əlamətdar olub.
Apasport.az xəbər verir ki, Braziliya millisi öz meydanında Argentinaya 0:1 hesabı ilə uduzub.
Bu, pentakampeonların dünya çempionatlarının seçmə mərhələlərində ilk ev məğlubiyyətidir. Əvvəlki 64 oyunda 51 qələbə qazanan sambaçılar 13 dəfə heç-heçə etmişdi. “Marakana”dakı yenilgi 65-ci qarşılaşmada baş verib. Bu görüşlərdə braziliyalılar 173 qol vurub və 29-nu buraxıblar.
Pentakampeonlar tarixdə 6-cı dəfə ev oyununda qol vurmayıb. Braziliya tarixində ilk dəfə ardıcıl üç seçmə oyununda uduzub.
Qeyd edək ki, Braziliya bunadək seçmə mərhələdə ev məğlubiyyəti almayan yeganə Cənubi Amerika təmsilçisi idi.