SOCAR “Neftçi”nin yeni titul sponsoru oldu
15.06.2023 - 21:20
SOCAR “Neftçi”nin yeni titul sponsoru oldu

2023/2024-cü illər mövsümündə “Neftçi” Peşəkar Futbol Klubunun yeni titul sponsoru olacaq. 

Apasport.az saytı xəbər verir ki, klub ölkəmizin qlobal brendi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə müqavilə imzalayıb.

Müqaviləyə əsasən, əsas və əvəzedici komandaların oyun və məşq formalarının ön hissəsində klubun baş sponsorunun loqosu əks olunacaq.

Qeyd edək ki, 2019/2020-ci illər mövsümündən komandanın titul sponsoru olan Türkiyənin milli aviasiya şirkəti “Türk Hava Yolları” ilə əməkdaşlıq müqaviləsinin müddəti artıq başa çatıb.

 

writer photo
Əlirza Əlirzalı
0