"Qarabağ" 5 qolla qalib gəldi
16.07.2024 - 20:14
"Qarabağ" 5 qolla qalib gəldi

“Qarabağ” Avstriya toplanışında son oyununu keçirib.

Apasport.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri BƏƏ-nin “Əl-Şəbəb” klubu ilə üz-üzə gəlib.

Bu, Ağdam təmsilçisinin gün ərzində ikinci, toplanış çərçivəsində dördüncü sınağı olub. Bakı vaxtı ilə saat 19:00-da başlanan görüş “Qarabağ”ın yeni mövsümün startı ərəfəsində son yoxlama oyunudur.

Qeyd edək ki, “Qarabağ” cari mövsüm Çempionlar Liqasına II təsnifat mərhələsindən başlayacaq.

Yoxlama oyunu
16 iyul
19:00. “Qarabağ” – “Əl-Şəbəb” (BƏƏ) - 5:1
Qollar: 
Yassin Benzia, 33. Leandro Andrade, 45+2. Abdullah Zubir, 51
“Silberstadt Arena”

writer photo
Əlirza Əlirzalı
0