“Əlbəttə, Halanda qarşı oynaya bilərdim. Çünki mən braziliyalı Ronaldoya qarşı da oynamışam”.
Apasport.az saytının məlumatına görə, bunu İtaliya futbolunun veteranı Alessandro Nesta deyib.
Yığmanın müdafiə xəttinin sabiq dirəyi Norveç millisinin və “Mançester Siti”nin hücumçusu Erlinq Haland barədə fikirlərini bildirib. O, daha böyük hücumçulara qarşı oynadığını əsas gətirərək skandinaviyalıdan çəkinmədiyini bildirib və müdafiəçilərə məsləhət verib: “Haland yaxşıdır, amma Ronaldo xüsusi idi. Mən Messi və Kriştiano Ronaldoya qarşı da oynamışam. Amma braziliyalı tam başqa idi. Erlinqə yaxın oynamaq, qaçmağa başlayanda dayandırmaq lazımdır. Ona boşluq versəniz, bu, sonunuz olar”.
Qeyd edək ki, Haland Premyer Liqada 8 oyuna 14 qol vurub.