“Qarabağ” - “Frayburq” oyununun hakimləri açıqlandı
01.11.2022 - 09:12
“Qarabağ” - “Frayburq” oyununun hakimləri açıqlandı

Avropa Liqasının qrup mərhələsinin son turunun “Qarabağ” - “Frayburq” oyununun hakimləri açıqlanıb.

Apasport.az saytının məlumatına görə, noyabrın 3-də keçiriləcək matçı belaruslu ədalət təmsilçiləri idarə edəcək.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşmanın baş hakimi Aleksey Kulbakov olacaq. Ona Dmitri Juk və Aleh Maslian kakömək edəcək. Dördüncü hakim funksiyasını Dmitri Dmitryiev yerinə yetirəcək. VAR hakimi portuqaliyalı Lopes Martins, onun köməkçisi isə həmyerlisi Uqo Ferreyra Migel olacaq.

Referilərin işinə yunanıstanlı hakim-inspektor Georgios Bikas qiymət verəcək. UEFA nümayəndəsi isə Boriana Stoyçeva (Bolqarıstan) olacaq.

Qeyd edək ki, “Qarabağ” - “Frayburq” matçı saat 21:45-də başlayacaq.

writer photo
Əlirza Əlirzalı
0