Misli Premyer Liqasının 2023/24 mövsümünün qalibi bəlli olub.
Apasport.az xəbər verir ki, Azərbaycan çempionunun adına XXVIII turda aydınlıq gəlib.
“Qarabağ” mövsümün sonuna 8 tur qalmış qızıl medalları təmin edib. Buna “Kəpəz”lə səfər oyununda qazanılan qələbə səbəb olub - 1:6.
İzləyiciləri üçün əlçatmaz olan Ağdam klubu ardıcıl 3-cü, tarixində 11-ci dəfə Azərbaycan çempionu olub. “Qarabağ” həm də son 11 ildə 10-cu qızıl medala yiyələnib.
Qeyd edək ki, ümumilikdə 8 komanda bu titula sahib çıxıb. “Qarabağ”dan başqa, “Neftçi” 9, “Kəpəz” 3, “Şəmkir”, “Bakı”, “İnter” (indiki “Şamaxı”) hərəyə 2, “Turan” və “Xəzər Lənkəran” hərəyə 1 dəfə ölkənin ən güclüsü olub.
Azərbaycan çempionları:
1992. “Neftçi” (Bakı)
1993. “Qarabağ” (Ağdam)
1993/94. “Turan” (Tovuz)
1994/95. “Kəpəz” (Gəncə)
1995/96. “Neftçi” (Bakı)
1996/97. “Neftçi” (Bakı)
1997/98. “Kəpəz” (Gəncə)
1998/99. “Kəpəz” (Gəncə)
1999/2000. “Şəmkir”
2000/01. “Şəmkir”
2001/02. Yarımçıq qalıb
2002/03. Keçirilməyib
2003/04. “Neftçi” (Bakı)
2004/05. “Neftçi” (Bakı)
2005/06. “Bakı”
2006/07. “Xəzər Lənkəran”
2007/08. “İnter” (Bakı)
2008/09. “Bakı”
2009/10. “İnter” (Bakı)
2010/11. “Neftçi” (Bakı)
2011/12. “Neftçi” (Bakı)
2012/13. “Neftçi” (Bakı)
2013/14. “Qarabağ” (Ağdam)
2014/15. “Qarabağ” (Ağdam)
2015/16. “Qarabağ” (Ağdam)
2016/17. “Qarabağ” (Ağdam)
2017/18. “Qarabağ” (Ağdam)
2018/19. “Qarabağ” (Ağdam)
2019/20. “Qarabağ” (Ağdam)
2020/21. “Neftçi” (Bakı)
2021/22. “Qarabağ” (Ağdam)
2022/23. “Qarabağ” (Ağdam)
2023/24. “Qarabağ” (Ağdam)