“Qarabağ” Avropada rekord vurdu 
01.09.2022 - 12:36
“Qarabağ” Avropada rekord vurdu 

Milli çempionatlarda davam edən ən uzun seriyalar açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Qarabağ” da ən yaxşılar sırasındadır.

Qurban Qurbanovun yetirmələri buraxılan qol sayı ilə fərqlənib. Məsələ ondadır ki, Ağdam klubu 23 oyundur bir qarşılaşmada iki və ya daha çox top buraxmır.

“Qarabağ”a Premyer Liqada 2 qol vuran sonuncu komanda “Səbail” olub. Ötən mövsümün əvvəlində 3:1 hesabı ilə uduzan ağdamlılar həmin vaxtdan ya qapısını toxunulmaz saxlayır, ya da ən pis halda bir top buraxır.

Bu seriya yüksək liqa komandaları arasında Avropa rekordudur. “Qarabağ” Serbiya çempionu “Srvena Zvezda” ilə şərikli göstərici ilə qitənin önündə gedir. Seriyası bir oyun az olan Soliqorsk “Şaxtyor”u üçüncüdür.

Düzdür, İtaliyanın “Züdtirol” klubu 41 matçdır 2 və ya daha çox top buraxmır. Amma bu komanda C seriyasının A qrupunda çıxış edir.

Qeyd edək ki, davam edən seriyalar arasında dünyada yalnız bir yüksək liqa təmsilçisi “Qarabağ”la “Srvena Zvezda”nı qabaqlayır. Tacikistan “İstiqlal”ının seriyası 27 matçdan ibarətdir.
 

writer photo
Əlirza Əlirzalı
0