"Traktor"dan növbəti qələbə
26.11.2023 - 14:42
"Traktor"dan növbəti qələbə

Futbol üzrə İran çempionatında 11-ci turun oyunları keçirilib.

Apasport.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” növbəti matçına çıxıb.

Təbriz klubu doğma meydanda “Fulad”la qarşılaşıb və 2:0 hesablı qələbəyə sevinib.

Qeyd edək ki, hazırda 18 xalı olan təbrizlilər turnir cədvəlində 5-ci pillədə qərarlaşıblar.

writer photo
Əlirza Əlirzalı
0