"Sumqayıt"ın Rusiya klubu ilə matçının vaxtı müəyyənləşib
06.07.2024 - 14:23
"Sumqayıt"ın Rusiya klubu ilə matçının vaxtı müəyyənləşib

Yeni mövsümün hazırlıqlarının ikinci mərhələsini Ankaranın Qızılcahamam bölgəsində davam etdirən "Sumqayıt" klubunun Rusiya təmsilçisi ilə matçının vaxtı müəyyənləşib.

Apasport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, qarşılaşma sabah Qızılcahamam stadionunda, Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

Qeyd edək ki, “Sumqayıt” UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Macarıstan təmsilçisi “Fehervar"la qarşılaşacaq. Komandalar arasında ilk matç iyulun 25-də Sumqayıtda, cavab qarşılaşması isə 31-də Macarıstanda baş tutacaq.

writer photo
Əlirza Əlirzalı
0