Tilemans Çempionşipdə oynamayacaq
31.05.2023 - 23:52
Tilemans Çempionşipdə oynamayacaq

Yuri Tilemans Premyer Liqanı tərk edən “Lester”dən gedəcək.

Apasport.az saytı xəbər verir ki, Belçika yığmasının üzvü azad agent statusu alacaq.

Artıq Tilemansla maraqlanan klubların adı məlumdur. İngiltərədə “Arsenal”, İspaniyada isə “Barselona” yarımmüdafiəçinin xidmətində maraqlıdır. 2019-cu ildən “Lester”də çıxış edən Yuri başa çatan mövsümdə komandanın heyətində 37 oyun keçirib.

Qeyd edək ki, Tilemansın transfer dəyəri 30 milyon avro dəyərləndirilir.
 

writer photo
Əlirza Əlirzalı
0