“Qarabağ” Azərbaycan futbol tarixinin rekorduna doğru
17.09.2022 - 14:21
“Qarabağ” Azərbaycan futbol tarixinin rekorduna doğru

“Qarabağ” avrokubokların cari mövsümündə 19 qol vurub.

Apasport.az saytının məlumatına görə, Qurban Qurbanovun yetirmələri Çempionlar Liqasının təsnifat mərhələlərində 15, Avropa Liqasının qrupunda 4 dəfə fərqlənib.

Bu, Azərbaycan futbol tarixinin rekordundan bir top geri qalır. “Qəbələ” 2016/17, “Qarabağ” 2019/20 mövsümündə 20 qol vurub.

Ağdamlıları rekorddan bir top ayırır. Mütləq rekord üçün isə 2 qol lazımdır.

Təmsilçimiz ən azı 4 qrup oyununa çıxacaq. Bu da yeni rekord üçün kifayət qədər imkan vəd edir.

Qeyd edək ki, “Qarabağ” cari mövsümdə “Lex” (0:1, 5:1), “Sürix” (3:2, 2:2), Ferensvaroş” (1:1, 3:1, “Viktoriya” (0:0, 1:2), “Frayburq” (1:2) və “Nant”la (3:0) qarşılaşıb. Ağdam klubunu sonuncu iki komanda ilə bir, “Olimpiakos”la iki duel gözləyir.
 

writer photo
Əlirza Əlirzalı
0