Avropa Liqasında mübarizə aparan “Qarabağ”ın turnirin qrup mərhələsində Almaniyanın "Bayer” klubuna qarşı keçirəcəyi oyununu idarə edəcək hakimlər müəyyənləşib.
Apasport.az xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.
Noyabrın 9-da, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunu İngiltərədən olan
hakimlər briqadası idarə edəcək.
Avropa Liqası
Qrup mərhələsi, H qrupu
IV tur, 9 noyabr
21:45. “Qarabağ” – “Bayer 04”
Baş hakim: Craig Pavson
Baş hakimin köməkçiləri: Simon Bennett, Lee Betts
Dördüncü hakim: John Brooks
VAR: Jarred Gillett (Avstriya)
AVAR: Michael Salisbury
Tofiq Bəhramov adına Respublika stadionu