“Mançester Yunayted” qapıçı alır
04.01.2023 - 15:17
“Mançester Yunayted” qapıçı alır

“Mançester Yunayted”in almaq istədiyi qapıçı bəlli olub.

Apasport.az saytının məlumatına görə, İngiltərə klubu Cek Batlendi heyətinə qatmaq istəyir.

“Kristal Pelas”ın qolkiperinin keçidi ilə bağlı danışıqlara start verilib. Mançesterlilər 29 yaşlı əlcək sahibini ehtiyat qapıçı kimi heyətinə qatacaq. O, icarəsi bitdikdən sonra “Nyukasl”a qayıdan Martin Dubravkanın yerini doldurmalıdır.

Qeyd edək ki, Batlendin klubu ilə müqaviləsi cari mövsümün sonunda başa çatacaq.

writer photo
Əlirza Əlirzalı
0