“Qarabağ” Belçikada da QOL VURACAQ?
23.02.2023 - 12:11
“Qarabağ” Belçikada da QOL VURACAQ?

“Qarabağ” Konfrans Liqasının pley-off mərhələsinin “Gent”lə cavab oyununda qol vuracağı gözlənilir.

Apasport.az saytının məlumatına görə, bunu Ağdam klubunun əvvəlki matçlarının statistikası göstərir.

Qurban Qurbanovun yetirmələri ardıcıl 7 görüşdür avrokuboklarda səfərdə qol vurur. Azərbaycan çempionu cari mövsümdə yalnız ilk sınağında Polşada “Lex”in qapısına yol tapmayıb.

Çempionlar Liqası
05.07.2022. Lex (Polşa) - 0:1
27.07.2022. Sürix (İsveçrə) - 2:2
09.08.2022. Ferensvaroş (Macarıstan) - 3:1
23.08.2022. Viktoriya (Çexiya) - 1:2
Avropa Liqası
08.09.2022. Frayburq (Almaniya) - 1:2
06.10.2022. Olimpiakos (Yunanıstan) - 3:0
27.10.2022. Nant (Fransa) - 1:2

writer photo
Əlirza Əlirzalı
0