"Qarabağ" dünya reytinqində 9 pillə irəliləyib
10.03.2024 - 14:14
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.
Apasport.az qurumun saytına istinadən xəbər verir ki, 402 komandadan ibarət siyahıda Azərbaycanın 2 təmsilçisi yer alıb.
“Qarabağ” ötən reytinqlə müqayisədə 9 pillə irəliləyib. Ağdam klubu 164,75 xalla 61-ci pillədə qərarlaşıb. “Neftçi” də 20 pillə irəliləyib. Bakı klubu 60,75 xalla 378-cidir.
Qeyd edək ki, ilk üç pillədə dəyişiklik olmayıb. Siyahıya 385 xalla “Mançester Siti” başçılıq edir. “Real” 313 xalla 2-ci, “İnter” 307 xalla 3-cüdür.
0
0