“Qarabağ” dünya reytinqindəki yeri açıqlandı
12.12.2022 - 11:57
“Qarabağ” dünya reytinqindəki yeri açıqlandı

Klubların dünya reytinqi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, İFFHS-in cədvəlində Azərbaycan bir klubla təmsil olunub.

“Qarabağ” 137 xalla dünyada 85-cidir. Azərbaycan çempionu ötən ayla müqayisədə 2 pillə geriləyib.

“Sevilya”, “Atalanta”, “Lion” və “Midtulland”ı arxada qoyan Qurban Qurbanovun komandasını “Fortaleza”, “Melqar”, “Hapoel” B-Ş, “Fiorentina”, “Nitsa” və “Gent” keçib. Konfrans Liqasının pley-offunda “Qarabağ”a rəqib olan Belçika klubu 87-ci pillədən 84-cüyə yüksəlib. 

Qeyd edək ki, cədvələ 305 xala malik “Flamenqo” başçılıq edir.

writer photo
Əlirza Əlirzalı
0