“Qarabağ” əcnəbisini “Zirə”yə verir?
01.11.2022 - 13:43
“Qarabağ” əcnəbisini “Zirə”yə verir?

“Zirə” “Qarabağ”ın daha bir futbolçusunu icarə əsasında heyətinə cəlb edə bilər.

Apasport.az saytının məlumatına görə, söhbət ispaniyalı yarımmüdafiəçi Qaspar Panaderodan gedir.

Mövsümlərarası fasilədə hücumçu Rüstəm Əhmədzadəni icarəyə götürən bakılılar indi də Qasparı qışda 6 aylıq eyni şərtlərlə almaq variantını nəzərdən keçirir. Azərbaycan çempionu da əsas komandadan uzaq düşən 25 yaşlı vingeri yola salmağın tərəfdarıdır. Bu səbəbdən ağdamlılar Panadero üçün təkliflər gözləyir.

Qeyd edək ki, “Qarabağ”la müqavilə müddəti 2024-cü ilin yayına qədər olan Qaspar Panadero bu ilin ilk 6 ayını icarə əsasında Kipr klubu AEK-də keçirib.

writer photo
Əlirza Əlirzalı
0