İspaniyada La Liqa rəhbərliyi klublararası dünya çempionatındakı dəyişikliyə görə FİFA-nı məhkəməyə verib.
Apasport.az saytı xəbər verir ki, buna səbəb 2025-ci ildən mundialda 32 komandanın iştirakının planlaşdırılmasıdır.
La Liqa rəhbərliyi bildirib ki, FİFA reqlament dəyişikliyində yalnız müəyyən klublar və onların futbolçularını düşünüb: “Amma peşəkar futbolda çoxlu liqalar, bu beynəlxalq turnirlərdə oynamayan minlərlə komanda və oyunçu var. Birtərəfli qaydada və yeni beynəlxalq yarışların təqvimi ilə bağlı əvvəlcədən məlumat verilmədən qəbul olunan bu qərarlar futbol sisteminə müdaxilə edir”.
Qeyd edək ki, indiyədək klublararası dünya çempionatında 7 komanda mübarizə aparıb.