DÇ-2022-nin qrup mərhələsinin II turunda Meksika ilə oyundan sonra paltardəyişmə otağındakı hərəkətinə görə peşəkar boksçu Kanelo Alvares tərəfindən təhdid olunan Argentina yığmasının kapitanı Lionel Messini əfsanəvi boksçu Mayk Tayson müdafiə edib.
Apasport.az saytının məlumatına görə, amerikalı özündən 24 yaş kiçik olan meksikalı həmkarına xəbərdarlıq edib.
56 yaşlı Tayson argentinalı superulduza heç kimin toxunmağa cürət edə bilməyəcəyini deyib: “Kanelo adlı bir şəxs Messini təhdid edib. Əgər Messiyə toxunmağa cürəti çatsa, illər sonra yenidən rinqə çıxmaq məcburiyyətində qalacam”.
Qeyd edək ki, Lionel Messi 2:0 hesabı ilə qalib gəldikləri görüşün ardından paltardəyişmə otağında Meksika millisinin formasını ayağı ilə itələyib. Kanelo Alvares də bu oyunçu ilə üz-üzə gələcəyi təqdirdə onu döyəcəyini söyləyib.