"Qarabağ" Emrelini geri qaytarmağa çalışır
06.06.2024 - 16:53
"Qarabağ" Emrelini geri qaytarmağa çalışır

“Dinamo”nun hücumçusu Mahir Emreli yeni mövsümə Azərbaycanda başlaya bilər. 

Apasport.az saytına verilən məlumata görə, hazırda Azərbaycan milli komandasının düşərgəsində yer alan Emreli “Qarabağ”la danışıq aparır.

Ağdam təmsilçisinin millinin düşərgəsindən qayıtdıqdan sonra Mahirlə müqavilə imzalayacağı gözlənilir. Amma onun “Qarabağ”a birbaşa, yoxsa icarə əsasında keçəcəyi dəqiq bilinmir.

2022-ci il fevralın 2-də “Dinamo”ya keçmiş Emreli 2026-cı il iyunun 30-a qədər bu kluba məxsusdur. Onun xidmətində maraqlı olan Superliqa klubları az deyil. Lakin forvardın “Qarabağ”a geri qayıtmaq istəyi bildirilir.

writer photo
Əlirza Əlirzalı
0