Avrokubokların qrup mərhələsində III tur başa çatıb.
Apasport.az saytının məlumatına görə, bu matçların yekununa əsasən UEFA-nın klub reytinqi açıqlanıb.
Azərbaycanın ən yaxşı təmsilçisi “Qarabağ”dır. Ağdam klubu “100-lük”dəki yeganə klubumuzdur.
23,000 xala malik Ağdam klubu 63-cü yerə şərikdir. Qurban Qurbanovun yetirmələri “Real Sosyedad” və “Lester”lə eyni pilləni bölüşür.
Avropa Liqasının III turunda “Olimpiakos”u 3:0 hesabı ilə üstələyən Ağdam klubu bu darmadağın sayəsində 1 xalı əldə edib. Bu qazanc 2 pilləlik irəliləyişə səbəb olub.
Qeyd edək ki, cədvələ 122,000 xala malik “Mançester Siti” başçılıq edir.