“Qarabağ” gerilədi, “Neftçi” mövqeyini qorudu
20.01.2023 - 16:26
“Qarabağ” gerilədi, “Neftçi” mövqeyini qorudu

Avropanın top komandalarının reytinqi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, cədvəldə qitənin 438 ən güclü klubu yer alıb.

Azərbaycanın üç komandası siyahıya daxil edilib. “Qarabağ” ən yaxşı təmsilçimizdir.

213 xala malik Qurban Qurbanovun yetirmələri 83-cüdür. Ağdam klubu 3 pillə geriləyib.

“Neftçi” 33 xalla qitədə 229-cudur. Bakılılar mövqeyini qoruyub.

“Qəbələ” 5 xala 386-cıdır. Bölgə təmsilçisi 11 pillə irəliləyib.

Qeyd edək ki, siyahıya 2396 xala malik “Real” başçılıq edir.

writer photo
Əlirza Əlirzalı
0