Vaqif Cavadov diskvalifikasiya olundu
07.09.2023 - 12:44
Vaqif Cavadov diskvalifikasiya olundu

AFFA İntizam Komitəsi "Sumqayıt" klubunun əvəzedicilərdən ibarət komandasının baş məşqçisi Vaqif Cavadovu cəzalandırıb.

Apasport.az saytının məlumatına görə, millinin sabiq futbolçusu  “Neftçi-2” oyunu bitdikdən sonra hakimin qərarına etiraz etdiyi üçün barəsində ölçü götürülüb. 

Cavadov birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun diskvalifikasiya edilib, “Sumqayıt-2”ni 150 manat cərimələyib.

writer photo
Əlirza Əlirzalı
0