“Liverpul” futbolçusuna komanda axtarır
20.04.2023 - 17:32
“Liverpul” futbolçusuna komanda axtarır

Mövsümün sonunda “Liverpul”u tərk edəcək futbolçulardan biri bəlli olub.

Apasport.az saytının məlumatına görə, İngiltərə klubu Fabio Karvalyo üçün yeni komanda axtarır.

Premyer Liqa təmsilçisi 21 yaşlı yarımmüdafiəçini növbəti mövsümdə heyətində saxlamayacaq. “Qırmızılar” onu icarəyə verməyi, münasib təklif olarsa satmağı planlaşdırır.

Qeyd edək ki, Karvalyo 2022-ci ildə “Fulhem”dən transfer olunub.

writer photo
Əlirza Əlirzalı
0