"Qarabağ"ın rəqibi Arda Güləri istəyir
07.03.2024 - 16:17
"Qarabağ"ın rəqibi Arda Güləri istəyir

"Qarabağ"ın UEFA Avropa Liqasının 1/8 final mərhələsindəki rəqibi, Bundesliqa lideri "Bayer" heyətini türkiyəli futbolçu ilə gücləndirmək istəyir.

Apasport.az "Goal"a istinadla xəbər verir ki, Almaniya klubu "Real"ın futbolçusu Arda Gülərlə maraqlanır.

Leverkuzen təmsilçisi 19 yaşlı yarımmüdafiəçini icarəyə götürmək istəyir. Oyunçu İngiltərənin "Tottenhem" klubunun da diqqət mərkəzindədir.

Qeyd edək ki, Arda Gülər ötən yay “Fənərbaxça”dan “Real”a transfer olunub.

writer photo
Əlirza Əlirzalı
0