"Mançester Yunayted"dən Türkiyəyə gəlir
11.09.2023 - 16:20
Daha bir tanınmış futbolçu Türkiyə Super Liqasına gəlir.
Apasport.az saytı xəbər verir ki, "Mançester Yunayted"in yarımmüdafiəçisi Donni van de Bek karyerasını qardaş ölkədə davam etdirə bilər.
26 yaşlı niderlandlı futbolçu iki komandadan təklif alıb. “Qırmızı şeytanlar”da baş məşqçi Erik ten Haqın planlarına daxil etmədiyi oyunçunun Türkiyədə icarə əsasında çıxış edəcəyi bildirilir.
Qeyd edək ki, 2022-ci ildə “Everton”dan komandaya cəlb edilən van de Bekin Mançester təmsilçisi ilə razılaşması 2025-ci ildə bitəcək.
0
0