Edin Ceko "Qalatasaray" derbisində oynayacaq?
23.12.2023 - 23:36
Edin Ceko "Qalatasaray" derbisində oynayacaq?

“Fənərbaxça” azarkeşlərinə müjdəli xəbərimiz var.

Apasport.az xəbər verir ki, komandanın əsas qol silahlarından  olan Edin Ceko zədəsini sağaldıb.

Sağ ayağında agrılar hiss edən Bosniya və Hersoqovina  millisinin üzvü bu səbədən “Kayserispor”la qarşılaşmada iştirak etməmişdi. Komandanın bu gün keçirilən məşqlərinə qatılan 37 yaşlı təcrübəli forvardın sabah oynanılacaq “Fənərbaxça” – “Qalatasaray” dərbisində meydana çıxması gözlənilir.

Qeyd edək ki, bu mövsüm komandasının 21 matçında meydana çıxan Ceko aktivinə 16 qol və 7 məhsuldar ötürmə yazdırıb.  
 

writer photo
Əlirza Əlirzalı
0