Ronaldonun darmadağınları
21.08.2022 - 13:27
Ronaldonun darmadağınları

Dünyanın ən yaxşı futbolçusu da olsanız, böyükhesablı məğlubiyyətdən qaçmağınız qeyri-mümkündür.

Apasport.az saytının məlumatına görə, uzun illərdir ən yaxşı iki oyunçudan biri hesab edilən Kriştiano Ronaldo da istisna deyil.

Portuqaliya millisinin “Mançester Yunayted”ə dönüşü uğursuzluqla yadda qalıb. 37 yaşlı forvardın fərdi göstəriciləri normal olsa da, komandası olduqca zəif təsir bağışlayır. Elə son olaraq “Brentford”a darmadağın da buna sübutdur.

Bu yazıda Ronaldonun karyerası ərzində aldığı ən böyükhesablı yenilgilər sıralanıb. Siyahıya onun komandalarının ən azı 4 top fərqli məğlubiyyətləri salınıb.

“Mançester Yunayted” – “Liverpul” – 0:5
24 oktyabr 2021-ci il

“Barselona” – “Real” – 5:0
29 noyabr 2010-cu il

“Real” – “Barselona” – 0:4
21 noyabr 2015-ci il

“Brayton” – “Mançester Yunayted” – 4:0
7 may 2022-ci il

“Atletiko” – “Real” – 4:0
7 fevral 2015-ci il

Almaniya – Portuqaliya – 4:0
16 iyun 2014-cü il

“Brentford” – “Mançester Yunayted” – 4:0
13 avqust 2022-ci il

Braziliya – Portuqaliya – 6:2
20 noyabr 2008-ci il

writer photo
Əlirza Əlirzalı
0