Milan derbisində “İnter” üstün
11.05.2023 - 01:04
Milan derbisində “İnter” üstün

Çempionlar Liqasının ikinci yarımfinal matçı kecirilib.

Apasport.az xəbər verir ki, “Milan” – “İnter” qarşılaşması qonaqların qələbəsi ilə başa çatıb.

Birinci hissəni ilk 11 dəqiqəsində iki qol vuran “İnter” üstünlüyünü sonadək qoruyub saxlayıb. Bu qələbə “göylər”i finala xeyli yaxınlaşdırıb.

Qeyd edək ki, komandalar arasında cavab matçı bir həftə sonra keçiriləcək.
  
Çempionlar Liqası
Yarımfinal

“Milan” – “İnter” – 0:2
 

writer photo
Əlirza Əlirzalı
0