“İnter Mayami”nin və Argentina millisinin hücumçusu Lionel Messi Amerikanın “Time” jurnalına görə ilin idmançısı seçilib.
Apasport.az xəbər verir ki, 2023-cü ildə Messi səkkizinci dəfə Ballon d'Or mükafatını qazandıqdan sonra daha bir mükafata layiq görülüb.
Həmçinin PSJ ilə Fransa Liqa 1 və Fransa Super Kubokunu qazanan ulduz eyni zamanda, "İnter Mayami"nin heyətində klub tarixinin ilk kubokunu - Liqa Kubokunu qazanıb.
Bu yay Messi Fransa PSJ-sindən sabiq “Mançester Yunayted”in futbolçusu Devid Bekhemə məxsus Amerika “İnter Mayami”sinə keçib. Argentinalı superstar bütün turnirlərdə 14 matçda 11 qol vurub, həmçinin 5 məhsuldar ötürmə edib.
Xatırladaq ki, Messi 2022-ci ildə Argentina millisi ilə ilk dəfə Dünya Kubokunu qazanmışdı.