“İnter”dən 3 illik təklif
28.03.2023 - 13:57
“İnter” Hakan Çalhanoğlu ilə yeni müqavilə imzalayacaq.
Apasport.az saytı xəbər verir ki, 29 yaşlı hücumameylli yarımmüdafiəçinin İtaliya təmsilçisi ilə hazırkı razılaşması 2024-cü ildə bitəcək.
Klubla futbolçu arasındakı danışıqların yaxın günlərdə yekunlaşacağı gözlənilir. Milanlılar əməkdaşlığın daha üç il artırılmasını təklif edib.
Qeyd edək ki, Türkiyə millisinin kapitanı bu mövsüm “İnter” forması ilə 36 matçda iştirak edərək, 3 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0