“Ayaks” baş məşqçisini göndərdi
27.01.2023 - 09:51
“Ayaks” baş məşqçisini göndərdi

Niderlandın “Ayaks” klubunun baş məşqçisi Alfred Sxröder istefaya göndərilib.

Apasport.az saytı xəbər verir ki, rəhbərlik uğursuz nəticələrə görə onunla birgə məşqçilər korpusunun müqaviləsini ləğv edib. 

Buna alman mütəxəssisin rəhbərliyi altında “Ayaks”ın son yeddi oyunda 6 heç-heçə və 1 qələbə qazanması səbəb olub.

Komanda 18 turdan sonra 34 xalla 5-ci sırada yer alıb. 

Qeyd edək ki, 50 yaşlı məşqçi 2022-ci ildə klubun “sükanı arxasına” keçmişdi.

writer photo
Əlirza Əlirzalı
0