Milli komandaların FİFA reytinqi ilə bağlı təxmini cədvəl açıqlanıb.
Apasport.az saytının məlumatına görə, avqustun 25-də dərc olunacaq siyahıda bəzi dəyişikliklər olacaq.
Azərbaycan millisinin mövqeyi isə dəyişməz qalacaq. Hesabat dövründə heç bir matça çıxmayan Canni de Byazinin yetirmələri 128-ci pillədə qərarlaşacaq.
Yığmamızın aktivindəki xal sayı 1127,17-yə bərabər olacaq. Millimizin qonşularının mövqeyi dəyişəcək. Toqo Komor adalarını keçəcək və sonuncular 127-ci sıraya enəcək.
Qardaş Türkiyə yığmasının da mövqeyi toxunulmaz qalacaq. “Ay-ulduzlular” 1475,13 xalla 42-ci olacaq.
Qeyd edək ki, cədvələ 1837,56 xalla Braziliya başçılıq edəcək.