"Qarabağ"ın rəqibi "Borussiya" səddini keçə bilmədi - VİDEO
03.12.2023 - 23:27
"Qarabağ"ın rəqibi "Borussiya" səddini keçə bilmədi - VİDEO

Almaniya Bundesliqasında 13-cü turun oyunları keçirilir.

Apasport.az xəbər verir ki, bu gün Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Bayer" doğma meydanda Dortmund "Borussiya"sı ilə qarşılaşıb.

Matç 1:1 hesablı bərabərliklə başa çatıb.

Bərabərliyə baxmayaraq, xallarının sayını 35-ə yüksəldən "Bayer" ölkə çempionatında liderliyini davam etdirir.

writer photo
Əlirza Əlirzalı
0