“Turan Tovuz” qapıçı tapdı
16.05.2023 - 18:20
“Turan Tovuz” qapıçı tapdı

“Turan Tovuz” yay transfer pəncərəsində heyətinə qapıçı qatacaq.

Apasport.az saytının məlumatına görə, yeni mövsümdə qərblilərin qapısını qoruyacaq qolkiperin adı bəlli olub. 

Tovuzlular yayda Aydın Bayramovla güclənəcək. “Sumqayıt”ın qolkiperinin yayda “Turan Tovuz”la müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, Aydın cari mövsüm keçirdiyi 29 matçda 53 qol buraxıb.

writer photo
Əlirza Əlirzalı
0