"Beşiktaş"da AYRILIQ
07.01.2024 - 15:14
"Beşiktaş"da AYRILIQ

Ara transfer cəhdlərini davam etdirən "Beşiktaş" yarımmüdafiəçisi Jan Onana ilə yollarını ayırıb.

Apasport.az "TRT Spor"a istinadla xəbər verir ki, ağ-qaraların Fransa Liqa 1 komandası "Marsel"lə anlaşdığı bildirilib. Məlumata görə, Onana alqı-satqı variantı ilə kirayə veriləcək.

Qeyd edək ki, "Beşiktaş" mövsümün əvvəlində Jan Onanı heyətinə qatıb. İstanbul təmsilçisinin "Lens”dən heyətinə qatdığı Onana bu mövsüm 10 matçda çıxış edərək 1 məhsuldar ötürmə edib.

writer photo
Əlirza Əlirzalı
0