Artetanın gözü Sterlinqdə
28.02.2023 - 17:54
Artetanın gözü Sterlinqdə

“Arsenal” Rahim Sterlinqi heyətinə qatmağı planlaşdırır.

Apasport.az saytının məlumatına görə, “topçular”ın baş məşqçisi Mikel Arteta “Çelsi”nin vingerini sərəncamında görmək istəyir.

Bu keçid yayda reallaşa bilər. Arteta “Mançester Siti”də çalışdığı vaxtdan Rahimin oyununa bələddir.

Sterlinq 2022-ci ilin yayında Mançester təmsilçisindən “Çelsi”yə 70 milyon avroya keçib. O, yeni klubunda 25 matçda 6 qol və 3 assistə imza atıb.

Qeyd edək ki, Sterlinqin “Çelsi” ilə müqaviləsi 2027-ci ilin yayında başa çatacaq.

writer photo
Əlirza Əlirzalı
0