Paytaxtda klubunu dəyişə bilər
13.10.2022 - 21:11
Paytaxtda klubunu dəyişə bilər

“Arsenal”ın hücumçusu Qabriel Martinelli Londonda klubunu dəyişə bilər.

Apasport.az saytının məlumatına görə, “Çelsi” 21 yaşlı forvardın transferində maraqlıdır.

“Topçular”la müqaviləsi 2024-cü ilə qədər olan Braziliya millisinin üzvünün hazırda həftəlik məvacibi 80 min avrodur. Ancaq o, yeni sözləşməyə əsasən paytaxt təmsilçisindən həftəyə 200 min avro tələb edib. 

“Arsenal” rəhbərliyi də Bukayo Saka, Uilyam Saliba və Martinelli ilə uzunmüddətli müqaviləyə ümid edir. Ancaq maaş məsələsində tərəflər ortaq məxrəcə gələ bilməsə, Martinelli “Çelsi”yə üz tuta bilər.

Qeyd edək ki, Qabriel Martinelli bu mövsüm Premyer Liqada keçirdiyi 9 oyunda 4 qol vurub, 2 məhsuldar ötürmə verib.
 

writer photo
Əlirza Əlirzalı
0