![“Azərreyl”in İspaniya klubu ilə oyunlarının vaxtı dəqiqləşdi](https://apasport.az/storage/news/2023/october/27/big/653baa299e0d3653baa299e0d41698409001653baa299e0d1653baa299e0d2.png)
“Çelenc” kubokunda mübarizə aparan qadın voleybolçulardan ibarət “Azərreyl” klubu 1/16 final mərhələsinin ilk matçını Bakıda keçirəcək.
Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Komandamız İspaniyanın “Avarca de Menorca” klubu ilə üz-üzə gələcək. Qarşılaşma noyabrın 9-da saat 19:00-da Gənclər İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutacaq.
Komandalar arasında ikinci oyun isə noyabrın 15-də keçiriləcək. “Azərreyl” səfərdəki cavab matçına Bakı vaxtı ilə saat 22:00-da çıxacaq.
Qeyd edək ki, “Azərreyl” 1/32 finalda Ukraynanın “Balta” komandasına hər iki qarşılaşmada qalib gəlib.