“Arsenal” Deklan Raysı 116 milyona transfer etdi
28.06.2023 - 23:49
“Arsenal” Deklan Raysı 116 milyona transfer etdi

“Arsenal” və “Vest Hem” arasında danışıqlar yekunlaşıb.

Apasport.az-ın məlumatına görə, Deklan Rays növbəti mövsümü “topçular”ın heyətində keçirəcək.

Bu keçid “Arsenal”a 116 milyon avroya başa gələcək. Yeganə müzakirə olunacaq məsələ ödənişin necə həyata keçirilməsidir. “Vest Hem” bir il yarım ərzində məbləğin hesaba köçürülməsini tələb edirlər. Bu suala aydınlıq gəldikdən sonra rəsmi imzalar atılacaq.

Qeyd edək ki, Rays “Vest Hem”in heyətində UEFA Avropa Liqasının qalibi olub.
 

writer photo
Əlirza Əlirzalı
0