“Qarabağ” “Lex”in baş məşqçisinin postunu laxlatdı
13.07.2022 - 11:32
Çempionlar Liqasının I təsnifat mərhələsində “Qarabağ”a böyükhesablı məğlubiyyət “Lex”də baş məşqçi dəyişikliyinə səbəb ola bilər.
Apasport.az xəbər verir ki, bu barədə Polşa mətbuatı məlumat yayıb.
Bildirilib ki, baş məşqçi postuna yeni təyin olunan Con van den Bromun postu artıq laxlayıb. Həm Polşa Superkubokunda “Rakuv”a (0:2), həm də ÇL-də “Qarabağ”a yenilgidən sonra klub rəhbərliyi niderlandlı mütəxəssisin mümkün gedişini müzakirə edir.
Qeyd edək ki, ümumi nəticədə “Qarabağ”a 2:5 (1:0, 1:5) hesabı ilə məğlub olan “Lex” Konfrans Liqasına yuvarlanıb.
0
0