"Qarabağ" - "Linkoln" matçının biletləri satışda
19.07.2024 - 09:54
"Qarabağ" - "Linkoln" matçının biletləri satışda

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Linkoln” (Cəbəllütariq) oyununun biletləri bu gün saat 11:00-dan etibarən satışa çıxarılacaq.

Apasport.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir.

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 200 manatdır.

Azarkeşlər qarşılaşma üçün biletləri iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış), Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə edə bilərlər.

Qeyd edək ki, "Qarabağ" - "Linkoln" oyunu iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Qaşılaşmanın start fiti saat 20:00-da səslənəcək.

writer photo
Əlirza Əlirzalı
0