Martines bu il futbol oynamayacaq
30.09.2023 - 17:26
Martines bu il futbol oynamayacaq

“Mançester Yunayted”in futbolçusu Lisandro Martinesin durumuna aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, mərkəz müdafiəçisi əməliyyat olunmaq təhlükəsi ilə üzləşib.

Zədələnən futbolçunun bu ilin sonunadək meydana çıxmayacağı gözlənilir. Argentinalının 2024-cü ildə sıraya dönəcəyi proznozlaşdırılır.

Qeyd edək ki, Lisandro son iki oyunu zədə üzündən buraxıb.

writer photo
Əlirza Əlirzalı
0